Azərbaycanda MKİ-nin gizli həbsxanalarının olması ilə bağlı sorğuya ölkənin rəsmi cavabı artıq Avropa Şurasının baş katibi Terri Devisə, o cümlədən AŞ Parlament Assambleyasının baş katibi Dik Martiyə təqdim edilib. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 29-da jurnalistlərlə söhbətində AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib.
"Azərbaycan ərazisində gizli həbsxanaların mövcudluğundan söhbət gedə bilməz", - deyə S.Seyidov vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə aparılan təhqiqatlar aşkar surətdə göstərir ki, Azərbaycanın guya ərazilərində belə həbsxanalırn olduğu ölkələr siyahısına daxil edilməsi haqqında məlumat Bakının nüfuzuna xələl gətirmək məqsədi güdür".
"Biz AŞ-yə bütün bunların aydın surətdə göstərildiyi sənəd göndərmişik", - deyə S.Seyidov bildirib.