...

YAP-ın Gənclər Birliyi Heydər Əliyevin doğum günü ilə bağlı konfrans keçirəcək

Siyasət Materials 1 May 2006 12:34 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi mərhum eks-prezident Heydər Əliyevin doğum günü ilə bağlı konfrans keçirəcək. Bu barədə Trend ə YAP Gənclər Birliyindən bildiriblər.

Qeyd olunub ki, gənclər mərhum Heydər Əliyevin doğum günü ərəfəsində Fəxri Xiyabanda onun məzarını ziyarət edəcəklər. Mərasimə digər gənclər təşkilatları da qatılacaq. Mərasimdən sonra ümumilli liderin həyat və yaradıcılığı, onun Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsində göstərdiyi xidmətlərə həsr olunan konfrans keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti