...

Bakıda neft-qaz kəmərlərində terror aktlarının qarşısının alınması üzrə konfrans keçirilir

Siyasət Materials 1 May 2006 21:12 (UTC +04:00)

Bakıda neft-qaz kəmərlərində terror aktlarının qarşısının alınmasına həsr olunmuş 3 günlük konfrans keçirilir. Trend xəbər verir ki, tədbir Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdindəki İxrac neft boru kəmərlərinin təhlükəsizlik idarəsi tərəfindən təşkil olunub.

Konfrans zamanı BP-nin və podratçı şirkətlərin mütəxəssisləri idarənin yaradıldığı vaxtdan bəri görülmüş işlər, xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk, eləcə də Səngəçal neft terminalının mühafizəsi sahəsində görülən tədbirlərlə tanış olacaq.

İxrac neft boru kəmərlərinin təhlükəsizlik idarəsinin rəisi Tariel

Nəsirov bildirib ki, Azərbaycanda neft nəqli ilə bağlı bütün strateji obyektlər nəzarət altındadır. Konfransda həmçinin qeyd olunub ki, Qafqaz regionunda münaqişələrin və qeyri-sabit vəziyyətin mövcudluğuna baxmayraq, görülən işlər bu və digər risklərin maksimal dərəcədə azaldılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti