...

Azərbaycanın dövlət başçısı Statoil neft şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 2 May 2006 16:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də Norveçin Statoil neft şirkətinin prezidenti Helqe Lundun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in verdiyi məlumata görə, Azərbaycan prezidenti 1994-cü ildən reallaşdırılan neft strategiyasının gözəl nəticələr verdiyini və Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd edib. İ. Əliyev bildirib ki, Statoil şirkəti ölkənin energetika sahəsində fəal iştirak edir və Azərbaycanın şirkətlə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvardır.

Öz növbəsində, H. Lund onun rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Qonaq Azərbaycanın energetika sahəsində böyük nailiyyətlər qazandığını bildirib və Statoil-la Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti