...

Milli Məclisin növbəti iclası keçirilib

Siyasət Materials 12 May 2006 13:42 (UTC +04:00)

Mayın 12-də Milli Məclisin növbəti iclası keçirilib. Trend xəbər veiir ki, iclasda ilk müzakirə olunan məsələ "Fitosanitariya nəzarəti haqqında" qanun layihəsi olub. Qanun layihəsi ilə bağlı MM-in aqrar siasət daimi komissiasının sədri Eldar İbrahimov məlumat verib.

O bildirib ki, sənəd Azərbaycan ərazisində fitosanitar nəzarətin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantin sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir.

E.İbrahimov qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qısa məlumat verdikdən sonra sənəd millət vəkilləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Müzakirəyə çıxarılan ikinci sənəd "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında" Konvensiyaya qoşulmaq barəsində olub. Sənədlə bağlı MM-in iqtisadli siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, konvensiyada 57 dövlətin nümayəndəsi iştirak edib. "Bu məsələ ilə bağlı razılığa gələn ölkələr, konvensiyanın və onun əlavəsinin müddəalarına müvafiq olaraq, Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də gəmilərin və gəmilərdəki şəxslərin və əmlakın ləngiməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini öz üzərinə götürürülər". Z.Səmədzadə daha sonra müzakirəyə çıxarıdan "Xilasetmə haqqında" Beynəlxalq konvensiyaya qoşulmaq barəsində və "Dənizçilərin şəxsiyyət sənədləri haqqında" 185 saylı konvensiyaya qoşulmaq barəsində məlumat verib. Hər üç konvensiya ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Daha sonra "Beynəlxalq cinayətlərə görə məsuliyyəti müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" konstitusiya qanunu barədə MM-in dövlət quruculuğu və hüquqi siyasət daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, bu, Konstitusiya qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcüd cinayət qanunvericiliyi normalarının tətbiqini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" konvensiyanın və "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilib. Daha sonra sənəd müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti