...

NATO generalı Azərbaycanın müdafiə naziri ilə danışıqlar aparır

Siyasət Materials 19 May 2006 11:53 (UTC +04:00)

Mayın 19-da NATO-nun birləmiş hava komponentlərinin komandanı, general Tom Hobbins Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparır. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib.

Bakıya səfər, həmçinin, Avropada ABŞ HHQ komandanı olan general T.Hobbinsin regional turnesi çərçivəsində həyata keçirilir. Müzakirə olunan məsələlər arasında Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı da var.

C.Henik bildirib ki, Müdafiə Nazirliyində danışıqlar başa çatan kimi T.Hobbins Bakını tərk edəcək.

Xəbər lenti

Xəbər lenti