...

Rauf Arifoğu: "Mən öz fikrimi bildirəcəm ki, başqanın müavini olmaq istəmirəm"

Siyasət Materials 22 May 2006 17:13 (UTC +04:00)

"Müsavat Partiyasında heç bir posta iddiam yoxdur". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının mayın 29-da keçiriləcək qurultayında partiyanın başqanı, Məclis üzvləri, Mərkəzi Nəzarət Təftiş Komissiyasına üzvlər seçiləcək. R.Arifoğlu bildirib ki, o, heç bir postda, hətta indiki müavin vəzifəsində də təmsil olunmaq istəmir: "Müsavat Partiyasının başqanı İsa Qəmbər istəsə və məndən xahiş etsə ki, mən müavin postunda qalım, onda qalacam. Amma özümün belə bir iddiam yoxdur. Ümumiyyətlə, müavinlik institutu başqanın istəyi ilə formalaşdırılacaq". Mən fikrimi bildərəcəm ki, müavin olmaq istəmirəm, amma hələ ki, başqanın bu barədə fikri başqadır".

Rauf Arifoğlu deyib ki, qurultayda partiya ilə bağlı bir sıra struktur dəyişiklikləri, həmçinin Nizamnaməyə dəyişikliklər ediləcək. Partiyanın proqramının təkmilləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda Divanın üzvlərinin sayı azaldılacaq, Məclis sədrliyi təsis olunacaq. R.Arifoğlu başqanın müavinlərinin sayının azaldılacağını da bildirib. Bu zaman özünün ixtisara düşüb-düşməyəcəyinə gəldikdə, R.Arifoğlu məlumatsız olduğunu deyib. A.Rrifoğlu qurultayda başqan vəzifəsinə namizədliyini irəli sürməyəcəyini və İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyini də deyib.

Xəbər lenti

Xəbər lenti