...

GUAM ölkələrinin gənclər təşkilatları Gənclər Forumu yaradıblar

Siyasət Materials 22 May 2006 18:10 (UTC +04:00)

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın gənclər təşkilatları GUAM ölkələrinin Beynəlxalq Gənclər Forumunu yaradıblar. Bu barədə mətbuat konfransında Ukraynanın, Azərbaycanın, Gürcüstanın, Moldovanın təşkilat komitələrinin sədri Viktor Belov, Fərhad Hacıyev, David Kakabidze, Andrey Çernıy məlumat verib. Bu barədə "ProUA" məlumat verib.

Trend in verdiyi məlumata görə, mətbuat konfransında təşkilat komitələrinin sədrləri GUAM-zın Gənclər təşkilatının Nizamnaməsin imzalayıblar.

Təşkilvtın əsas məqsədi gənclər forumunun üzvlərinin dövlət və yerli idarəetmə orqanlarına cəlb olunması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, dövlətin aktual problemlərinin həllində gənclərin iştirakı üçün şəraitin yaradılmasından ibarətdir.

Təşkilatın mənzil-qərargahı Kiyevdə yerləşdiriləcək.

Xatırladaq ki, GUAM 1997-ci ildə yaradılıb və o zaman təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxil idi.

Özbəkistan GUAM-a 1999-cu ildə daxil olsa da, 2002-ci ildə birlikdən çıxdığını elan edib.

GUAM-ın üzvü olan ölkələr birliyi mayın 22-23-də Kiyevdəki sammitdə təşkilatı "Demokratiya və inkişaf uğrunda təşkilat- GUAM" adı altında beynəlxalq təşkilat yaratmağı qərara alıblar.

Bundan əvvəlki sammit 2005-ci il aprelin 22-də Kişinyovda (Moldova) keçirilib. 2006-cı ildə GUAM-a Ukrayna sədrlik edir.

Xəbər lenti

Xəbər lenti