Mayın 30-da ATƏT səfirlərindən ibarət nümayəndə heyəti Tiflisdən Bakıya gələcək. İspaniyanın ATƏT-dəki səfiri, nümayəndə heyətinin rəhbəri Karlos Sançes de Boadonun Trend in Gürcüstandakı müxbirinə verdiyi məlumata görə, səfər regional və tanışıqlıq xarakteri daşıyır.
Onun sözlərinə görə, səfirlər artıq Ermənistanda olub və bu gün Tsxinvaliyə səfər edəcək , daha sonra isə Azərbaycana yola düşəcəklər. "Burada da bizim yüksək səviyyədə görüşlərimiz nəzərdə tutulub", - deyə səfir bildirib.
Karlos Sançes de Boado vurğulayıb ki, səfərində məqsəd Cənubi Qafqaz ölkələrindəki vəziyyətlə tanışlıqdan ibarətdir. Mayın 28-də ATƏT-in 4 səfiri tanışlıq səfəri ilə regiona gəlib.
"Məqsədimiz regiondakı vəziyyət haqqında daha çox öyrənməkdir və buna görə də məlumat toplayırıq", - deyə Karlos Sançes de Boado Trend ə bildirib.