Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Azay Quliyev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Viktor Oprea ilə görüşüb. Bu barədə Trend ə Azaq Quliyev məlumat verib.
Qeyd edək ki, Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupu 4-9 iyun tarixində Rumıniyada səfərdə olacaq. A.Quliyevin diplomatla görüşündə səfərin proqramı, Rumıniya rəsmiləri ilə keçiriləcək ikitərəfli görüşlər barədə müzakirələr aparılıb. Viktor Oprea səfərin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yeni çalarlar gətirəcəyinə inandığını deyib.