...

AMİP İran səfirliyi qarşısında növbəti aksiyasını iyunun 16-da keçirmək niyyətindədir

Siyasət Materials 10 İyun 2006 12:30 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran səfirliyi qarşısında növbəti etiraz aksiyasını iyunun 16-da saat 16.00-də keçirmək niyyətindədir. Bu barədə "Trendə" AMİP sədrinin əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da bildirib ki, AMİP-in təmsil olunduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin iyunun 7-də keçirilən toplantısında belə qərar qəbul olunub: "Qərara əsasən Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq quruma daxil olan partiyalar növbəli şəkildə İran səfirliyi qarşısında aksiya keçirməlidir. Növbəyə görə AMİP-in aksiyası iyunun 16-da olacaq".

A.Rüstəmov onu da bildirib ki, həmişə olduğu kimi aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Onu da bildirək ki, məlum məsələ ilə bağlı AMİP İran səfirliyi qarşısında dörd dəfə icazəsiz aksiya keçirməyə cəhd göstərib.

Xəbər lenti

Xəbər lenti