...

Aqo Qrupu missiyasının səfər proqramı açıqlanıb

Siyasət Materials 10 İyun 2006 12:52 (UTC +04:00)

İyunun 13-15-də Aqo Qrupu missyası başda Almanyianın Avropa Şurasındakı səfiri Roland Vegener olmaqla Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Missiyaya İsveçrə, İsveç, Avstriya, Fransa və Rumıniyanın Avropa Şurasındakı səfirləri, eləcə də Aqo Qrupu aparatının əməkdaşları daxildir. Səfərin məqsədi Azərbaycanla Avropa Şurası arasındakı əlaqələrin səviyyəsi, ölkənin təşkilat qarşısındakı seçki qanunvericiliyi, məhkəmə sistemində islahatlar və Qarabağ problemi ilə bağlı öhdədliklərinin icrasının müzakirəsidir.

Səfər proqramında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və AŞPA-dakı parlament missiyasının üzvləri ilə görüş nəzərdə tutulub. Azərbaycan prezidenti İlham Əliyevlə də görüş gözlənilir.

Aqo Qrupu Azərbaycan və Ermənistanın Avropa Şurasına daxil olduğu 2001-ci ilin yanvarında yaradılıb. Aqo Qrupu AŞ qarşısındakı öhdəliklərin icrasının monitorinqını aparır və Avropa Şurası Nazirlər Komitəsinin çərçivəsində fəaliyyət göstərir. Bu qrup İtaliyanın AŞ-dəki səfiri Pyetro Erkol Aqonun şərəfinə belə adlanır.

Xəbər lenti

Xəbər lenti