...

Azərbaycan XİN başçısı erməni həmkarı ilə Paris görüşündə iştirak etmək niyyətindədir

Siyasət Materials 12 İyun 2006 14:04 (UTC +04:00)
Azərbaycan XİN başçısı erməni həmkarı ilə Paris görüşündə iştirak etmək niyyətindədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 13-də Parisdə erməni həmkarı ilə növbəti görüşdə iştirak etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Nazirlərin görüşü "Praqa prosesi"nin davamı çərçivəsində keçiriləcək və tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yollarını müzakirə edəcək.

Danışıqlarda ATƏT-in Minsk Qrupu həmsədrləri də iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü iyunun 4-5-də Buxarestdə keçirilib. O zaman prezidentlər xarici işlər nazirlərinə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün məsləhətləşmələri davam etdirmək göstərişi vermişdi. Paris görüşündə İlham Əliyev və Robert Köçəryan arasında növbəti görüşün keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti