...

Novruz Məmmədov: İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurası iclasının Bakıda keçirilməsi Azərbaycana olan inamın dərəcəsini göstərir

Siyasət Materials 13 İyun 2006 12:44 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İTK) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclasının Bakıda keçirilməsi Azərbaycana olan inamın dərəcəsini və bölgədə reytinqinin artmasını göstərir. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan İTK-nin ən fəal iştirakçı ölkələrindəndir. "Azərbaycan İTK-nin bütün sahələrində, iş və tədbirlərində fəal surətdə iştirak edir. Və Azərbaycanın mövqeyi təşkilatın fəaliyyət çərçivəsində mühüm rol oynayır. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycana olan böyük inamdan xəbər verir", -deyə N.Məmmədov qeyd edib və bildirib: "Bu bir daha sübut edir ki, Azərbaycan, regional bir ölkə kimi, beynəlxalq arenada öz reytinqini xeyli artırıb".

"XİNŞ İTK-nin ən mühüm və fəal orqanıdır. Bu orqan bütün problem və məsələlər üzrə təşkilatın mövqeyini müəyyən edir. Ona görə də mən güman edirəm ki, iyunun 19-21-də Bakıda keçiriləcək iclas həm praktiki, həm də nəzəri cəhətdən böyük əhəmiyyətə malik olacaq", - deyə N.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti