...

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar çərçivəsində müzakirə olunan məsələlərdən heç biri razılaşdırılmayıb

Siyasət Materials 30 İyun 2006 16:54 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar çərçivəsində müzakirə olunan məsələlərdən heç biri razılaşdırılmayıb

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin gedişatı Azərbaycan tərəfini qane etmir, lakin rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin ölkənin milli maraqlarını nəzərə alaraq nizama salınması üçün əlindən gələni edir. Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov iyunun 30-da jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Gündəlikdəki məsələlərdən heç biri razılaşdırılmayıb. İntensiv danışıqlar aparılır və Azərbaycanın bu və ya digər ərazisində referendumun keçiriləcəyi barədə danışmaq çox tezdir", - deyə nazir müavini bildirib və qeyd edib ki, "tərəflər hər-hansı razılığa gələn kimi, hər iki ölkə ictimaiyyəti bu barədə məlumatlandırılacaq".

Bununla yanaşı, V.Sadıxov beynəlxalq təşkilatların fəaliyyətinin "canlanmasının" zəruri olduğunu qeyd edib. Çünki üzərlərinə müəyyən məsuliyyət götürmüş beynəlxalq təşkilatlar öz vasitəçilik missiyalarını yerinə yetirməlidirlər.

Xəbər lenti

Xəbər lenti