...

Azərbaycan prezidenti ABŞ-ın ölkəmizdəki yeni səfiri Enn Dersin etimadnaməsini qəbul edib

Siyasət Materials 3 İyul 2006 15:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 3-də ABŞ-ın Bakıdakı yeni fövqəladə və səlahiyyətli səfiri Enn Dersin (Anne Derse) etimadnaməsini qəbul edib. Bu barədə Trend ə Azərbaycan prezidentinin mətbuat xidmətindən xəbər veriblər. Mərasim zamanı tərəflər ikitərəfli əlaqələrin gələcək inkişafının əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, ABŞ prezidenti Corc Buş aprelin 13-də ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə Enn Dersin namizədliyini irəli sürüb. ABŞ konqresi mayın 12-də onu diplomatik vəzifəyə təsdiq edib. Enn Ders Ağ Evin mühafizəsi üzrə Şurada biomüdafiə siyasəti üzrə direktor olub. Ondan əvvəl ABŞ-ın Bağdaddakı səfirliyində iqtisadi münasibətlər üzrə baş müşavir vəzifəsini tutub, bu vəzifədən qabaq isə Avropa İttifaqındakı Amerika missiyasında da eyni vəzifədə çalışıb. O, Makalester Kollecinin (Macalester College) bakalavr dərəcəsini və Con Hopkins İnstitutunun (the Johns Hopkins University) magistr dərəcəsini alıb.

ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henikin Trend ə verdiyi xəbərə görə, Enn Ders iyulun 8-də ABŞ-ın Müstəqillik günü münasibətilə keçiriləcək qəbulda iştirak edəcək. İyulun sonunda - avqustun əvvəlində isə o, məzuniyyətə çıxacaq və ABŞ-a yola düşəcək.

Xəbər lenti

Xəbər lenti