Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı, əlahəzrət I Xuan Karlosa Valensiya şəhərində metronun dağılması ilə bağlı başsağlığı verib.
"Çoxsaylı insan itkisi bizi son dərəcə kədərləndirdi. Biz sizin dərdinizə şərikik" - deyə müraciətdə deyilir.
İlham Əliyev faciə nəticəsində yaralanan və xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.