...

Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi: İyulun 12-də "Aqo" qrupu Cənubi Qafqaza səfərlə bağlı yekun məruzə təqdim edəcək

Siyasət Materials 5 İyul 2006 19:04 (UTC +04:00)
Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi: İyulun 12-də "Aqo" qrupu Cənubi Qafqaza səfərlə bağlı yekun məruzə təqdim edəcək

İyulun 12-də Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupu Cənubi Qafqaz ölkələrinə səfərlə bağlı yekun hesabat təqdim edəcək. Azərbaycanın AŞ-dakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Trend ə eksklüziv olaraq bildirib ki, məruzə AŞ NK-nın daimi nümayəndələr səviyyəsində keçiriləcək növbəti iclasının gündəliyinə daxil ediləcək.

"Aqo" qrupu Azərbaycan və digər Cənubi Qafqaz ölkələri tərəfindən AŞ qarşısında götürülmüş öhdəliklərin icrası üzrə monitorinq keçirmək məqsədilə yaradılıb və mən hesab edirəm ki, sənəddə həm müsbət, həm də mənfi tərəflər əks olunacaq. Bu, tam normal bir prosesdir" - deyə səfir vurğulayıb.

Qeyd edək ki, "Aqo" qrupunun rəhbəri, alman diplomatı Ronald Vegener əvvəllər həmin mövzu ilə bağlı qısa şifahi çıxış edib.

Xəbər lenti

Xəbər lenti