...

Sankt-Peretburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılmır

Siyasət Materials 10 İyul 2006 12:55 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə etmək məqsədilə "Böyük səkkizliyin" Sankt-Peterburqda keçiriləcək sammitinə dəvət olunmayıb. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

O, yerli KİV-in Azərbaycan XİN adından münaqişə tərəfləri liderlərinin G8 sammiti çərçivəsində Sankt-Peterburqda görüşməsi mümkünlüyü ilə bağlı yaydığı məlumatdan təəccübləndiyini bildirib.

"Bu barədə məndə konkret məlumat yoxdur. G8 ölkələri liderlərinin sammitinə dəvət bizi qane edən variantdır. Ancaq bununla bağlı hələlik heç bir məlumat yoxdur", - deyə N.Məmmədov bildirib. O əlavə edib ki, buna şanslar da azdır.

"İndiyədək heç bir dəvət olmayıb və ümumiyyətlə, bunun baş verib-verməyəcəyini də bilmirəm", - deyə N.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti