...

İlham Əliyev və Əhməd Necdət Sezər Ceyhanda Türkiyə-Azərbaycan Dostluq parkını açacaq

Siyasət Materials 13 İyul 2006 10:50 (UTC +04:00)

İyulun 13-də Ceyhanda (Adanada əyalət) Türkiyə-Azərbaycan Dostluq parkının rəsmi açılış mərasimi keçiriləcək. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, parkın açılışında Türkiyə və Azərbaycan prezidentləri Əhməd Necdət Sezər və İlham Əliyev iştirak edəcək.

Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü qeyd edib ki, parkın salınması istiqamətində işlər son il ərzində davam edib və iyul ayının əvvəlində başa çatıb.

Parkda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin büstləri qoyulub. "Bu park iki ölkə xalqının möhkəm dostluq və dərin hörmətinin daha bir sübutu olacaq", - deyə H.Sözlü vurğulayıb. O bildirib ki, parkın açılış mərasimində hər iki dövlət başçısı ilə yanaşı, bir sıra digər ölkə liderlərinin də iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti