...

Səməd Seyidov: "Biz əminik ki, Avropa Şurası tərəfindən aparılan monitorinqlər müsbət nəticələnəcək"

Siyasət Materials 13 İyul 2006 19:21 (UTC +04:00)

Bu ilin sonunda və gələn ilin əvvəllərində Avropa Şurası Parlament Assambleyasının sessiyalarında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı müzakirələr olacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Avrora Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O bildirib ki, AŞPA-nın iki həmməruzəçisi Toni Loyd və Andreas Herkel oktyabr ayında Azərbaycanda olacaqlar. Səfər zamanı Azərbaycanla bağlı monitorinqin davamı həyata keçiriləcək. AŞPA-nın payız və gələn ilki qış sessiyasında da Azərbycanın öhdəlikləri yerinə yetirməsi ilə bağlı müzakirələr aparılacaq: "Bu, prosedur qaydalara və qəbul olunmuş sənədlərə uyğun olaraq həyata keçirilir. Amma Nazirlər Komitəsi tərəfindən isə bu işi AQO qrupu həyata keçirir. Bu monitorinqin nəticələri müsbətdir. Azərbaycanın əsas öhdəlikləri yerinə yetirməsi Nazirlər Komitəsi tərəfindən yüksək qiymətləndirilir. Doğrudur, hələ də bəzi problemlər qalır. Amma ümumilikdə hər iki proses müsbət istiqamətdə gedir. Biz əminik ki, Avropa şurası tərəfindən aparılan bu monitorinqlərin sonu müsbət nəticələnəcək".

S.Seyidov bildirib ki, Azərbaycan monitorinq prosesinin üzərindən götürülməsinə çalışır, lakin onun sözlərinə görə, bu, heç də asan iş deyil.

Xəbər lenti

Xəbər lenti