...

Azərbaycan nümayəndə heyəti Cənubi Qafqaz PA-nın Londonda keçiriləcək iclasında iştirak edəcək

Siyasət Materials 19 İyul 2006 13:34 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Cənubi Qafqaz PA-nın Londonda keçiriləcək iclasında iştirak edəcək

İyulun 21-22-də Londonda Cənubi Qafqaz ölkələri Parlamentlərarası Assambleyasının növbədənkənar iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Cənubi Qafqaz PA-dakı nümayəndə heyətinin rəhbəri, hakm Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Onu da bildirək ki, Cənubi Qafqaz PA-nın növbədənkənar iclasın keçirilməsinin səbəbi bundan əvvəlki iclasda Ermənistan nümayəndə heyətinin iştirak etməməsi olub. Ermənistan nümayəndə heyəti həmin iclasda ölkədaxili ziddiyyətlərə görə iştirak etməyib. Cənubi Qafqaz PA-nın növbədənkənar iclasında sədrlik səlahiyyətlərinin Ermənistana verilməsi məsələsi müzakirə olunacaq. Ermənistan isə növbəti altı ay üçün fəaliyyət planını təqdim edəcək.

S.Novruzov bildirib ki, Cənubi Qafqaz PA-nın növbəti iclasında iştirak etmək üçün hələ Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşdirilməyib: "Tərkib tezliklə müəyyənləşəcək və biz həmin iclasda iştirak edib, gündəliyə çıxarılacaq məsələlərin müzakirəsində həmişə olduğu kimi aktiv iştirak edəcəyik".

Xəbər lenti

Xəbər lenti