...

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının növbəti iclası payızda keçiriləcək

Siyasət Materials 20 İyul 2006 14:08 (UTC +04:00)

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərarası iqtisadi komissiyasının növbəti iclası bu ilin payızında keçiriləcək. Bu barədə Trend ə Azərbaycan hökumətindən məlumat verilib.

Yayın sonunda tərəflər iclasın gündəliyinin və iclas çərçivəsində imzalanması planlaşdırılan sənədlərin hazırlanmasına başlayacaq.

Bu, hökumətlərarası komissiyanın 3-cü iclası olacaq. Hökumətdən bildirilib ki, Azərbaycan tərəfi növbəti iclasın gündəliyinə daxil etmək niyyətində olduğu təklifləri artıq hazırlayıb və Səudiyyə Ərəbistanı hökumətinə təqdim edib. Hazırda Səudiyyə Ərəbistanı hökumətində bu təkliflərə baxılır. Bu təkliflər ikitərəfli ticari-iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişafı ilə bağlıdır.

Xatırladaq ki, komissiyanın həmsədrləri Azərbaycan hökuməti baş nazirinin I müavini Yaqub Eyyubov və Səudiyyə Ərəbistanının sənaye və ticarət naziri doktor Haşim Abdulla Yəmənidir.

Xəbər lenti

Xəbər lenti