...

Metyu Brayza regiona səfərinin yekunları barədə Parisdə həmkarlarına məlumat vermək niyyətindədir

Siyasət Materials 1 Avqust 2006 14:16 (UTC +04:00)
Metyu Brayza regiona səfərinin yekunları barədə Parisdə həmkarlarına məlumat vermək niyyətindədir

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Dağlıq Qarabağ münaqişəsi zonasına səfərinin yekunları barədə Parisdə həmkarlarına məlumat vermək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə o, avqustun 1-də Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyində aparılmış məsləhətləşmələrin yekunları üzrə məlumat verib.

Diplomat bildirib ki, Azərbaycan hökuməti ilə danışıqlarda Azərbaycan-Amerika əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunmur. "ATƏT-in Minsk qrupunun həmsədri kimi mən prezident və xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə dair fikirlərini dinləmək niyyətindəyəm", - deyə M.Brayza bildirib.

O qeyd edib ki, həmkarları, yəni ATƏT-in Minsk qrupunun həmsdərləri ilə bu səfərin yekunlarına dair fikir mübadiləsi aparmaq üçün avqustun 2-də Parisə getmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti