...

Fərasət Qurbanov: "ATƏT Milli QHT Forumuna cavab verməzsə, hazırladığımız qanun layihələri Milli Məclisə təqdim ediləcək"

Siyasət Materials 7 Avqust 2006 16:47 (UTC +04:00)

ATƏT-in Bakı ofisi Milli QHT Forumunun müraciətinə cavab verməzsə, QHT qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə hazırladığımız üç qanun layihəsi bir daha nəzərdən keçirildikdən sonra Milli Məclisə təqdim ediləcək. Bu barədə Trend ə Milli QHT Forumu icraçı direktoru Fərasət Qurbanov bildirib.

Qeyd edək ki, iyunun 28-də Milli QHT Forumu ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə QHT qanunvericilik bazasının təkmilləşdirildməsi məqsədilə "İctimai birliklər haqqında", "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri və digər qanunların analizinin müzakirəsi ilə bağlı seminar keçirib.

F.Qurbanov bildirib ki, aparılan müzakirələrdə layihələrlə bağlı verilən təkliflər nəzərə alınaraq sənədlər yenidən işlənmək üçün İşçi qruplarına qaytarılıb: "Qanun layihələri tam hazırdır. Rəy almaq üçün ATƏT-in Bakı ofisinə təqdim etmək fikrimiz var. Bununla bağlı müraciət etmişik. Amma müraciətimizə hələ cavab yoxdur".

F.Qurbanov onu da qeyd edib ki, ATƏT-in Bakı ofisi onların müraciətinə cavab verməzsə, onda sənədlər Milli QHT Forumunun hüquqşünasları tərəfindən yenidən nəzərdən keçirildikdən sonra Milli Məclisə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti