...

Cəmil adlı azərbaycanlı yaralı halda Moskva xəstəxanasına yerləşdirilib

Siyasət Materials 21 Avqust 2006 18:41 (UTC +04:00)

Moskvanın "Avrasiya" bazarındakı partlayış zamanı yaralanmış Cəmil adlı Azərbaycan vətəndaşı (soyadı məlum deyil) İzmaylov rayonunun 9 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Trend in xüsusi müxbiri hadisə yerindən xəbər verib.

Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olmasını təsdiq etmir. Lakin onların iddialarına görə, yaralananlar arasında Azərbaycan vətəndaşları var. Hazırda səfirlik məlumatı dəqiqləşdirir və ən yaxın vaxtda partlayışa dair press-relizlə çıxış edəcək.

Moskva hüquq-mühafizə orqanlarının məlumatlarına görə, Çerkizov bazarındakı partlayışda şübhəli bilinən üç nəfər saxlanılıb. Hadisənin şahidlərindən birinin sözlərinə görə, o, üç başıqırxıq gəncin "ACT" və "Avrasiya" bazarları arasındakı yerə yaxınlaşdıqlarını və paketi necə qoyduqlarını şəxsən görüb. Sonra məhz bu yerdə partlayış baş verib, milliyyətcə azərbaycanlı və tacik olan ticarətçilər elə həmin oğlanı, bir qədər sonra isə qalan iki gənci də saxlayaraq polisə təhvil veriblər. İndi üç nəfər başıqırxıq gənc paytaxtın İzmaylovo rayonunun milis şöbəsindədir.

Xəbər lenti

Xəbər lenti