Azərbaycanın xaricdəki diplomatik missiya başçılarının növbəti konfransı 2008-ci ilin iyul ayında keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat mərkəzinin Azərbaycanın xaricdəki diplomatik missiya başçılarının avqustun 14-18-də Bakıda keçirilmiş ikinci konfransının yekunları ilə bağlı məlumatında qeyd olunub.
Açılışında Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanlarının fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Həmçinin hökümət və parlament nümayəndələri də məruzə ilə çıxış edib.
Dörd gün ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, konsul, hüquqi və iqtisadi məsələlər, insan haqları və digər humanitar məsələlər müzakirə edilib.
Diplomatlar Səngəçal terminalında, qaçqın şəhərciyində və Sabirabaddakı hərbi mərkəzdə olublar.