Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kompromisə gedəcəklər, çünki bu, problemlərin həllinin yeganə yoludur. Münaqişəni hərb yolu həll etmək olmaz. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.
O əlavə edib ki, həmsədrlər tərəflərə yeni prinsiplər təqdim edib ki, onları "yol xəritəsi" adlandırmaq olar. M.Brayza hesab edir ki, bunlar ən yaxşı təkliflərdir və bəyan edib ki, həmsədrlər prezidentlərdən və cəmiyyətlərdən təklif gözləyir.
Amerikalı diplomat Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Avropadakı gələcək görüşü barədə jurnalistlərə məlumat verib. O hesab edir ki, tərəflər konstruktiv mövqe nümayiş etdirir və o, bunu bu yaxınlardakı Azərbaycan və Ermənistana səfəri zamanı görüb.