...

Qəzaya uğramış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının axtarışı davam etdirilir

Siyasət Materials 1 Sentyabr 2006 18:12 (UTC +04:00)

İran vaxti ilə saat 14:40-da İranın "İran ir tur" şirkətinə məxsus Rusiya istehsalı olan TU 154 təyyarəsi Xorasan əyalətinin Məşhəd aeroportunda qəzaya uğrayıb.

Trend in İrandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, 7 nəfərlik heyət ilə birgə təyyarədə 147 sərnişin olub. İlkin məlumatlara görə, təyyarədə partlayış zamanı 8 nəfər həlak olub. Qalanlarını isə yanğınsöndürən dəstələr xilas ediblər. Yaralananların bəzilərinin vəziyyəti ağırdır.

Təyyarə İranın cənubundakı Bəndər-Abbas şəhərindən Məşhədə uçurmuş.

Xatırladaq ki, son illər ərzində İranda bir neçə Rusiya istehsalı olan təyyərə qəzaya uğrayıb.

Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov eksklüziv olaraq Trend ə bildirib ki, İrandakı səfirlik qəzaya uğramış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının axtarışını davam etdirir.

Ölənlərin sayı 80-nə çatıb. Cümə günü İranda iş günü olmadığından hadisə ilə bağlı ətraflı məlumat almaq çətindir.

Xəbər lenti

Xəbər lenti