...

XİN başçısı: Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə BMT-nin Baş Assambleyası tərəfindən səsverməsiz qəbul oluna bilər

Siyasət Materials 6 Sentyabr 2006 15:23 (UTC +04:00)
XİN başçısı: Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə BMT-nin Baş Assambleyası tərəfindən səsverməsiz qəbul oluna bilər

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə layihəsi BMT Baş Assambleyası tərəfindən səsvermə olmadan qəbul oluna bilər. Trend xəbər verir ki, bu barədə sentyabrın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında məsələnin BMT-nin Baş Assambleyasının sessiyasında müzakirələrinin sentyabrın 5-dən 6-na keçirilməsi məsələsini şərh edərkən jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT-nin Baş Assambleyasının sessiyasında qəbul olunmaq üçün qətnamənin mətninin razılaşdırılmış variantının hazırlanması məqsədilə maraqlı tərəflərlə məsləhətləşmələr aparır.

"Bütün bunların necə olacağı barədə hələ heç nə deyə bilmərəm. Mövqeyimiz açıqdır və biz məsləhətləşmələr aparırıq", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti