...

Azərbaycan və Ukrayna 7 sənəd imzalayıb

Siyasət Materials 7 Sentyabr 2006 20:26 (UTC +04:00)
Azərbaycan və Ukrayna 7 sənəd imzalayıb

Bu gün Bakıda Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri zamanı 7 sənəd imzalanıb. Trend in xəbər verdiyi kimi, prezidentlər Birgə Bəyannamə imzalayıblar.

Bundan başqa, aşağıdakı sənədlər imzalanıb:

- "Nefteqaz Ukrainı" MSŞ ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıq haqqında" Saziş;

- "Ukraynanın Dövlət Nüvə Nəzarəti Komitəsi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Saziş;

- "Ukraynanın Aqrar Siyasəti Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında dövlət tədqiqatları və bitki sortlarının mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Saziş;

- "Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında beynəlxalq birləşmiş yük daşımaları haqqında" Saziş;

- "Ukrayna və Azərbayan Xarici İşlər nazirlikləri arasında diplomatik əməkdaşların hazırlanması haqqında" Saziş;

- "Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Saziş.

Xəbər lenti

Xəbər lenti