...

Azərbaycan prezidenti hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Siyasət Materials 12 Sentyabr 2006 21:01 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 2006-ci lin okytabr ayının 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırış və müddətli həqiqi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Həqiqi hərbi xidmətə 1988-ci ildə anadan olan, çağırış gününə qədər 18 yaşı tamam olan, eləcə də 1971-1987-ci il təvəllüdlü yaşı 35-dək olan Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrində xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları çağrılırlar.

Həmin müddətə "Hərbi xidmət haqqında" Qanunla nəzərdə tutulan hərbi xidməti keçmiş əsgər, matros və çavuşlar ehtiyata buraxılır.

Xəbər lenti

Xəbər lenti