...

Antalyada türkdilli dövlətlərin 10-cu qurultayı öz işinə başlayıb

Siyasət Materials 18 Sentyabr 2006 14:13 (UTC +04:00)

Sentyabrın 18-də Antalyadakı "Sungate-Port Royal" mehmanxanasında türkdilli dövlətlərin 10-cu qurultayı öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, tədbirin açılışında Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan çıxış edib.

Qurultayın işində 8 dövlət, 6 federal qurum və 11 icmanın mindən çox nümayəndəsi iştirak edir. İştirakçılar arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Qurultayda ayrı-ayrı komissiyalar çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Bu məqsədlə KİV və kommunikasiyalar, iqtisadi-ticari məsələlər, maliyyə əlaqələri və turizm, təhsil, elm və texnologiya, gənclər məsələsi üzrə bir neçə komissiya, o cümlədən hüquqi komissiya yaradılıb.

Qurultayın işi üzrə yekun bəyanat sentyabrın 20-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti