...

Elçin Quliyev: Mötəbər bir qurumun İşçi Qruplarının Bakıda yığışması AzərbaycanA olan dərin ehtimaddan irəli gəlir

Siyasət Materials 28 Sentyabr 2006 13:24 (UTC +04:00)
Elçin Quliyev: Mötəbər bir qurumun İşçi Qruplarının Bakıda yığışması AzərbaycanA olan dərin ehtimaddan irəli gəlir

Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın İşçi Qruplarının Bakıda yığışması Azərbaycan hökumətinə və Dövlət Sərhəd Xidmətinə olan dərin etimaddan irəli gəlir. Trend xəbər verir ki, bu barədə Bakıda keçirilmiş Sərhəd Məsələləri üzrə Beynləxalq Konfransın işçi qruplarının ikigünlük iclasının nəticələrinə dair mətbuat konfransında jurnalistlərə Azərbaycanın Dövlət Sərhəd Xidmiətinin rəisi Elçin Quliyev məlumat verib.

E.Quliyev İşçi Qruplarınun iclasının işini yüksək qiymətləndirib. "İclasda nəzərdə tutulmuş proqram üzrə bütün məqamlar tam həyata keçirlib. Azərbaycan sərhədlərinin təhlükəsizliyinin güclü mühafizəsi Avropa təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Bu konfrans çərçivəsində keçirilən iclasda da bu məqamlar nəzərdən keçirilib" - deyə E.Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, ŞİOFOK konfransı çərçivəsində bir neçə işçi qruplar fəlaiyyət göstərir və bu qruplardan birinə "Silah, döyüş sursatları və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması üzrə" qrupa Azərbaycan rəhbərlik edir. İşçi Qruplarının iclasında bu növ cinayətkralığa qarşı mübarizədə Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans 1992-ci ildən etibarən fəaliyyət göstərir, ilk iclasda 13 dövlət iştirak edib. 2006-cı ildə Macarıstanın Şiofok şəhərində keçirilən konfransda 50-yə yaxın dövlət və 20-yə yaxın beynəllxlaq təşkilat iştirak edib.

Xəbər lenti

Xəbər lenti