...

Daxili Qoşunların 99 saylı hərbi hissəsinin 40 illiyi qeyd olunub

Siyasət Materials 30 Sentyabr 2006 12:28 (UTC +04:00)

Sentyabrın 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərindəki 99 saylı hərbi hissəsinin 40 illiyi qeyd olunub. Trend xəbər verir ki, tədbirdə Daxili Qoşunların baş komandanı Zakir Həsənov da iştirak edib.

Z.Həsənov hərbçilər qarşısında çıxış edərək hərbi hissənin 40 illik fəaliyyətindəki uğurlardan danışıb.

Z.Həsənov, həmçinin, hərbi hissənin bir sıra hərbi qulluqçularına orden və medallar təqdim edib.

Xəbər lenti

Xəbər lenti