...

ATƏT-in ekspert qrupu Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların monitorinqinin yekunları üzrə hesabat hazırlayır

Siyasət Materials 3 Oktyabr 2006 16:28 (UTC +04:00)
ATƏT-in ekspert qrupu Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların monitorinqinin yekunları üzrə hesabat hazırlayır

Trend-i buradan izləyin

Azərbaycanın işğal olunmuş ərazilərində yanğın faktlarını araşdıracaq ATƏT-in beynəlxalq ekspert qrupu bölgəyə səfərin nəticələri üzrə hesabat hazırlayır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə ATƏT-in iqtisadi və ekoloji fəaliyyət məsələləri üzrə koordinatoru, ekspert qrupunun rəhbəri Bernard Snou (Bernard Snow) məlumat verib.

O qeyd edib ki, qrup 10 təcrübəli beynəlxalq ekspertdən ibarətdir. Sabah səhər nümayəndə heyəti yanğından zərər çəkmiş yerlərə yola düşəcək. Missiya 10 gün ərzində bölgədə olacaq.

Xatırladaq ki, missiya Azərbaycan XİN-də danışıqlar aparıb. Azərbaycan tərəfdən görüşdə həmçinin digər nazirliklərin nümayəndələri də iştirak edib və missiyanın mandatı müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti