...

Azərbaycandan Rusiyaya yalnız bu ölkəyə vizası olan Gürcüstan vətəndaşları gedə bilərlər

Siyasət Materials 4 Oktyabr 2006 17:51 (UTC +04:00)
Azərbaycandan Rusiyaya yalnız bu ölkəyə vizası olan Gürcüstan vətəndaşları gedə bilərlər

Gürcüstan və Rusiya arasında yaranmış problemlər nəticəsində AZAL Dövlət Konserni tərəfindən sərnişin daşınmasında heç bir artım müşahidə olunmur. Bunu Trend ə dövlət konserninin baş direktorunun birinci müavini Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Bakıdan Rusiyaya reyslərin sayının artırlmasını nəzərdə tutmur. "Bu, bir neçə səbəblərlə izah olunur. Bu səbəblər sırasında, ilk növbədə, Rusiya və Gürcüstan arasındakı viza sistemi durur. Azərbaycandan Rusiyaya yalnız Rusiyaya vizası olan Gürcüstan vətəndaşları yola düşə bilərlər. Daha bir səbəb hazırda müşahidə olunan sərnişinlərin sayının azalması faktıdır", - deyə S. İlyasov bildirib.

Rusiyanın "Aeroflot" aviaşirkətinin Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, hələ ki, baş ofisdən biletlərin Tbilisidən Bakıya dəyişdirilməsi ilə bağlı tapşırıq daxil olmayıb. "Bakıdan Rusiyaya getmək istəyən Gürcüstan vətəndaşları şirkətə müraciət edirlər, lakin onların sayı cüzidir. Biletlərin dəyişdirilməsi ilə bağlı qərar yaxın vaxtlarda qəbul oluna bilər", - deyə "Aeroflot" aviaşirkətindən bildiriblər.

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Sərnişindaşıma Xidməti nümayəndəsinin sözlərinə görə, bu gün Bakıdan Rusiyaya qatarlarda Rusiyaya vizası olan 15-ə yaxın Gürcüstan vətəndaşı yola düşəcək.

"Əgər tranzit vizaları varsa, bu ölkənin vətəndaşları Rusiya ərazisindən keçməklə Ukraynaya və ya ADDY qatarlarının işlədiyi digər ölkələrə yola düşə bilərlər", - deyə Azərbaycan Dövlət Dəmir Yolundan bildirilib.

Xəbər lenti

Xəbər lenti