Gəncədə qızılca və məxməriyə qarşı peyvənd kampaniyasına start verildi. Trend xəbər verir ki, artıq peyvənd üçün lazım olan bütün preparat və digər tibbi vasitələr şəhərimizə gətirilərək, poliklinikalara paylanılıb. Qadınlar şəhərdəki 1, 2, 3, 5 və 6 saylı poliklinikalara müraciət edə bilərlər.
Gəncə Gigiena Epidemiologiya Mərkəzinin epidemioloqu Almaz Tomuyeva qadınların peyvənd edilməsinin zəruri olduğunu, xəstəliklərin onların reproduktiv sağlamlıqlarına təsir etdiyini deyib.
Qeyd edək ki, Gəncədə bu il fevral-mart aylarında da məxmərək və qızılca əleyhinə əsasən 7-23 yaşlı uşaq, yeniyetmə və gənclər arasında peyvənd kamapniyası keçirilib. Almaz Tomuyeva bunun nəticəsi olaraq şəhərdə bu il cəmi bir nəfər qızılca xəstəsinin qeydə alındığını deyib. Ötən il isə bu rəqəm 19 nəfər olub.