...

Türkiyə və Macarıstanda Azərbaycanın yeni hərbi attaşeləri təyin olunacaq

Siyasət Materials 6 Oktyabr 2006 15:33 (UTC +04:00)

Oktyabrın ikinci ongünlüyündə Türkiyə və Macarıstanda Azərbaycanın hərbi attaşeləri təyin olunacaq. Bu barədə Trend ə müstəqil hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

"Həmin ölkələrdə10 ildən artıq çalışan zabitləriz var. Onların rotasiya olunması qərara alınıb. Gələcək attaşelərin isə sənədləri artıq həmin ölkələrə göndərilib və yaxın günlərdə bu ölkələr yekun qərarlarını Azərbaycan hökumətinə bildirəcəklər" - deyə Ü.Cəfərov bildirib.

Ü.Cəfərovun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesi, polkovnik Daşdəmir Məmmədov müdafiə naziri Səfər Əbiyevin sərəncamına əsasən geri çağırılıb və nazirliyin sərəncamına götürülüb. "Əvəzində isə müdafiə nazirinin sərəncamı ilə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin NATO kafedrasının rəisi Eldar İsmayılov ABŞ-a hərbi attaşe göndərilib" - deyə Ü.Cəfərov söyləyib.

Xəbər lenti

Xəbər lenti