...

Daxili Qoşunların Biləcəridəki hərbi hissəsində 4 günlük tədris və təlimlər keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2006 16:22 (UTC +04:00)

Oktyabrın 9-dan 12-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) Biləcəridəki hərbi hissəsində şəxsi heyət üçün 4 günlük tədris və təlimlər keçiriləcək. Bu barədə Trend ə DQ-nin Beynəlxalq Əlaqələr Şöbəsindən məlumat verilib.

"Sərbəst toplaşma azadlığına dair nəzəri-praktiki təlim proqramı" mövzusunda Avropa Şurasının xətti ilə ATƏT-in Bakı ofisinin keçirəcəyi bu tədris və təlimlərin məqsədi DQ-nin şəxsi heyətinin peşə hazırlığının daha da təkmilləşdirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti