...

Keçmiş OMON-çu Rusyadan Azərbaycana ekstradisiya olunacaq

Siyasət Materials 6 Oktyabr 2006 18:36 (UTC +04:00)

Yaxın vaxtlarda keçmiş OMON-çu, Rusiyada həbs edilmiş Ələddin Məmmədovun Rusiya Federasiyasından Azərbaycana ekstradisiyası baş tutacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr Şöbəsindən məlumat verilib.

Ələddin Məmmədov 1994-cü ilin məlum oktyabr hadisələrində iştirakçılıqda təqsirli bilinir. O, Azərbaycanda qanunsuz silahlı birləşmələrin tərkibində dövlət çevirilişinə cəhdin fəal iştirakçılarından biri hesab olunur.

1994-cü ildən həbsli axtarışda olan keçmiş OMON-çu uzun müddət Rusiya Federasiyası ərazisində gizli şəkildə yaşayıb. 2006-cı ildə isə barəsindəki həbsli axtarışa əsasən həmin ölkədə həbs olunub. Hazırda onun ekstradisiyası məqsədilə Azərbaycanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyi tərəfindən Rusiya hökumətinə təqdim edilmək üçün müvafiq sənədlər hazırlanır.

Xəbər lenti

Xəbər lenti