...

YAP seçkilərin ədalətli və şəffaf keçirildiyini bildirib

Siyasət Materials 6 Oktyabr 2006 20:21 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin tam ədalətli və şəffaf keçirildiyini bildirib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 82 dairəhə, 604 bələdiyyədə 1931 bələdiyyə üzvünün seçkisində 2171 namizədlə iştirak edən YAP təbliğat-təşviqat kampaniyası zamanı ən müasir seçki texnologiyalarından yararlanıb.

YAP-ın müşahidəçilərindən 76-sı Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş respublika üzrə müşahidəçi, təxminən 2000 nəfəri YAP tərəfindən, digərləri isə partiyanın namizədləri tərəfindən verilmiş yerli müşahidəçilərdir. YAP-ın hər bir müşahidəçisi İcra Katibliyi tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunan xüsusi təlimatla və seçki prosesinin bütün hərəkətlərini əhatə edən xüsusi sorğu anketi ilə təmin olunub.

YAP-ın yerli müşahidəçiləri səsvermə keçirilən bütün məntəqələrdə, respublika üzrə müşahidəçilər isə təhkim olunduqları ayrı-ayrı bölgə və dairələrdə seçki prosesini səsvermə başlayan andan qurtarana qədər izləyib. Müşahidəçilərin verdikləri məlumatlara görə, səsvermə başa çatana qədər seçkinin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusu müşahidə olunmayıb.

YAP seçki prosesinin yaxından iştirakçısı və müşahidəçisi kimi 6 oktybar tarixində keçirilən təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin Seçki Məclləsinin tələbləri çərçivəsində tam demokratik, aşkar və ədalətli keçirildiyini bildirir.

Xəbər lenti

Xəbər lenti