...

Eldar Namazov: ""Yeni Siyasət" blokunun regionlarda şöbələri yarandıqdan sonra bələdiyyə seçkilərində iştirak edəcəyik"

Siyasət Materials 7 Oktyabr 2006 14:21 (UTC +04:00)

"Yeni Siyasət" blokunun regionlarda şöbələri yaradıldıqdan sonra gələcəkdə bələdiyyə seçkilərində iştirak edəcəyik. Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov bildirib.

O qeyd edib ki, "Yeni Siyasət" bloku oktyabrın 6-da keçirilən bələdiyyə seçkilərində iştirak etməyib. Blokda təmsil olunan şəxslərdən fərdi qaydada da seçkidə iştirak edən olmayıb. E.Namzov qeyd edib ki, "Yeni Siyasət"in seçki blokundan siyasi bloka çevrilməsinə dair yaxın günlərdə Koordinasiya Şurasının qərarı olacaq. Bundan sonra "Yeni Siyasət" siyasi bloku bütün seçkilərdə blok şəklində iştirak edəcək.

"Əslində biz bələdiyyə seçkilərinə xırda seçki kimi baxmırıq və hesab edirik ki, bu da vacib seçkilərdir. Amma blokun təsisçiləri bu seçkidə iştirak etmirlər. Lakin bizim blokun bölgələrdə yerli təşkilatları yarandıqdan sonra yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə blok iştirak edəcək"-deyə E.Namazov qeyd edib.

Xatırladaq ki, "Yeni Siyasət" seçki bloku 2005-ci ildə parlament seçkilərində blok şəklində iştirak etmək üçün bir qrup siyasətçi və pariyalar tərəfindən yaradılıb. Sonradan bəzi üzvlər bloku tərk edib və hazırda "Yeni Siyasət"in siyasi bloka çevrilməsi istiqmətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti