...

Prezident İlham Əliyev: Azərbaycanın iştirakı olmadan "Nabucco" layihəsinin gerçəkləşdirilməsi mümkün deyil

Siyasət Materials 11 Oktyabr 2006 19:43 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın iştirakı olmadan "Nabucco" layihəsinin gerçəkləşdirilməsi mümkün deyil

Azərbaycanın iştirakı olmadan "Nabucco" layihəsinin gerçəkləşdirilməsi mümkün deyil. Trend in xəbər verdiyi kimi, bunu bu gün Rumıniya prezidenti Trayan Baseskunun ölkəmizə rəsmi səfərinə həsr olunmuş birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan neft və qaz tədarükünün diversifikasiyasında maraqlıdır. Bu gün respublikanın üç boru kəməri var: onlardan biri nefti Aralıq dənizinə, digər ikisi isə Qara dənizə çatdırır. Yaxın vaxtlarda Azərbaycan "Şahdəniz" yatağından qaz hasilatına başlayacaq, amma respublikanın bu yanacağa olan tələbatı böyüyür. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz qaz kəmərinin inşası layihəsi texniki cəhətdən qazın Avropaya çatdırılmasını təmin etməyə imkan verir.

""Nabucco" Azərbaycanı çox maraqlandırır və o, bu layihədə iştirak edə bilər. "Nabucco" Xəzər regionunda hasil olunan qaz üçün nəzərdə tutulub. Biz Avropanın tələbatlarını öyrənməkdə maraqlıyıq", - deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti