...

"Heydər Əliyev irsi" beynəlxalq elektron kitabxanasının təqdimat mərasimi keçirilib

Siyasət Materials 12 Oktyabr 2006 13:03 (UTC +04:00)
"Heydər Əliyev irsi" beynəlxalq elektron kitabxanasının təqdimat mərasimi keçirilib

Oktyabrın 11-də "Hyyat Regency" otelində "Heydər Əliyev irsi" beynəlxalq elektron kitabxanasının və "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik"" kitabının təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, toplantıda dövlət orqanlarının, parlamentin və ictimai-siyasi qurumların nümayəndələri, ziyalılar, politoloqlar iştirak edirlər.

Kitabın redaksiya şurasının rəhbəri akademik Asəf Nadirov bu iri həcmli nəşrin çap edilmə zərurəti, H.Əliyevin geniş və zəngin irsi barədə danışıb. Redaksiya heyətinin üzvü Fuad Babayev isə H.Əliyev irsi Beynəlxalq elektron kitabxanasının həm nəşr, həm də elektron variantı barədə ətraflı məlumat verib. Elektron sayt nümayış olunub .Onun barəsində əyani izahlar verilib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov çıxışında qeyd edib ki. H.Əliyevin rəhbərliyi dövründə azərbaycançılıq və dövlətçilik ideyaları fəaliyyətin əsas istiqamətləri olub: "H.Əliyevin fəaliyyətinin böyük bir hissəsi Azərbaycana yonəlmiş təxribat və təhlükələrin, Ermənistanın təcəvüzünün qarşısının alınmasına yönəlmişdi. Prezident İ.Əliyevin bu gün beynəlxalq aləmdə dəfələrlə vurğuladığı "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" - fikri H.Əliyev tərəfindən müəyyənləşdirilən strategiyadır".

Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında H.Əliyevin əvəzsiz rolundan danışıb. N.Əliyevin sözlərinə görə, H.Əliyevin dünya şöhrətli və uzaqgörən siyasətçi olması Azərbaycan xalqını çox bəlalardan xilas edib. Azərbaycanın bu gün dünyada tanındığını və güclü dövlətə çevrildiyini deyən N.Əliyev H.Əliyev irsinin bütün sahələrdə dərin iz qoyduğunu vurğulayıb.

Azərbaycan xarici işlər nazirinin muavini Xələf Xələfov H.Əliyev irsinin Azərbaycan xalqının həyatında və dövlətçiliyimizdə daim yaşayacağını və tarixə xidmət edəcəyini deyib: "H.Əliyev irsi Azərbaycanda böyük bir əsrdir, tarixi yoldur. Onun müasirləri H.Əliyev irsinə sadiq qalmalı və onu inkişaf etdirməlidir. H.Əliyevin müəyyənləşdirdiyi xarici siyasət Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. H.Əliyev irsinin Dünya Elektron Kitabxanasına daxil olması xalqımız üçün böyük uğurdur".

Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənov çıxışında Dağlığ Qarabağ münaqişəsinin uzun və ağır tarixindən, H.Əliyevin bu münaqişənin dinc yolla həll edilməsi üçün yürütdüyü məqsədyönlü siyasətdən, onun bu amallar uğrunda yorulmaz fəaliyyətindən danışıb.

Xəbər lenti

Xəbər lenti