...

Milli Məclisin növbəti iclası keçirilir

Siyasət Materials 13 Oktyabr 2006 13:54 (UTC +04:00)

Milli Məclisin oktyabrın 13-də növbəti iclası keçirilib. "Trend xəbər verir ki, müzakirəyə "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Dövlət borcu haqqında" qanun layihələri çıxarılıb.

Birinci qanun layihəsi ilə bağlı dövlət qurulucuğu və hüquqi-siyasət məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, qanun layihəsi hüquqi və fiziki şəxslərin, sahibkarların mülkiyyəti, əmlakı, nəqliyyət vasitələri, daşınan və daşınmaz əmlakın mühafizəsini təmin etmək məqsədini daşıyır. Komissiya sədri bildirib ki, Azərbaycanda 30 yaxın mühafizə xidməti göstərən özəl şirkət fəaliyyət göstərir.

Komissiya sədrinin çıxışından sonra, sənədlə bağlı geniş müzakirə aparılıb.

Qüdrət Həsənquliyev, Elmira Axundova, Nizami Xudiyev, Pənah Huseyn, Siyavuş Novruzov və digər millət vəkilləri fikirlərini söyləyiblər. Qeyd olunub ki, bu məsələləri tənzimləmək üçün vahid muhafizə xidməti yaradılmalıdır. Millət vəkilləri alternativ mühafizə xidmətinin də yaradılması zəruriliyindən danışıblar.

Xəbər lenti

Xəbər lenti