...

Birinci il Qars-Bakı dəmir yolu ilə 5 mln. tonadək yük daşınacaq

Siyasət Materials 14 Oktyabr 2006 11:42 (UTC +04:00)
Birinci il Qars-Bakı dəmir yolu ilə 5 mln. tonadək yük daşınacaq

"Hesab edirəm ki, Qars-Axalkalaki-Tiflis-Bakı layihəsi üzrə danışıqlar uğurla aparılır. Türkiyə tərəfi artıq gələn il praktiki işlərə başlamağa tam hazırdır. Gürcüstanlı nazir isə bəyan edib ki, ölkəsi layihədə birmənalı şəkildə maraqlıdır". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bəyan edib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə tərəfi öz ərazisi üzrə yeni TİƏ və işçi layihəsi hazırlayır. Bundan sonra bütün layihənin dəqiq dəyəri məlum olacaq.

Bununla yanaşı, Gürcüstan dəmir yolunun hansı ərazidən keçməsi ilə bağlı qərar qəbul edəcək və yüklərin daşınmasına zəmanət verəcək. Z.Məmmədov qeyd edib ki, hazırda Gürcüstanın Poti və Batumi limanları istiqamətində mümkün yük axınının kompensasiya məsələsi tamamilə götürülüb. "Beynəlxalq daşıma qaydaları mövcuddur. Bu qaydalara görə, əgər dəhlizin açılması daşımaların həcminin azalmasına gətirib çıxarırsa və ya digər nəqliyyat dəhlizinin işinə maneə yaradırsa, o zaman heç bir ölkə kompensasiya ödəməməlidir. Bu məsələ gündəlikdən çıxarılıb", - deyə nazir qeyd edib.

Yeni nəqliyyat dəhlizi ilə daşımaların həcminə gəlincə, Z.Məmmədov qeyd edib ki, proqnoz göstəriciləri müsbətdir. Birinci il 5 mln. tonadək yük daşınması planlaşdırılır. Proqnoz artım dinamikasını göstərir. Əgər nəzərə alsaq ki, bu layihədə Qazaxıstan və Çin də maraqlıdır, bu həcm çox yüksək olacaq.

Xəbər lenti

Xəbər lenti