...

Alt Komitə sədri: Türkiyə Azərbaycan və NATO arasında əlaqələrin gücləndirilməsi üçün hər cür səy göstərəcək

Siyasət Materials 16 Oktyabr 2006 19:27 (UTC +04:00)

Türkiyə bütün beynəlxalq instansiyalarda Azərbaycanı dəstəkləyir və Azərbaycanla NATO arasında əlaqələrin gücləndirilməsi üçün bütün səylərini əsirgəməyəcək. Trend in xəbər verdiyi kimi, bunu NATO Parlament Assambleyasının (PA) Təhlükəsizlik və Müdafiə üzrə Komitəsinin Təhlükəsizlik və Gələcək Müdafiə Məsələləri üzrə Alt Komitəsinin sədri Vahid Ərdəm oktyabrın 16-da Bakıda jurnalistlərə bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü barədə danışan V. Ərdəm bildirib ki, görüşdə regional məsələlər, qonşular arasında qarşılıqlı münasibətlər, enerji məsələləri müzakirə olunub. "Enerji təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən Azərbaycan Qərb üçün çox mühüm əhəmiyyət kəsb edir", - deyə V. Ərdəm bildirib və əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi iləTürkiyə ərazisindən keçməklə Qərbə, Qazaxıstan nefti də nəzərə alınmaqla, böyük həcmdə enerji xammalının nəqli imkanları açılır. Bununla yanaşı, Türkiyə vasitəsi ilə qərbə böyük həcmdə Azərbaycanın təbii qazı nəql olunacaq.

V. Ərdəm, həmçinin, Qərbi Türkiyə, Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri və daha sonra Çinlə birləşdirəcək magistral dəmir yolu inşası layihəsinin strateji əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, görüşdə digər mühüm məsələlər də nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti