...

Almaniyadakı orta məktəb dərsliyindən Azərbaycan və azərbaycanlılar haqqında həqiqətləri əks etdirməyən məlumatlar çıxarılıb

Siyasət Materials 19 Oktyabr 2006 16:50 (UTC +04:00)

Almaniyadakı orta məktəb dərsliyindən Azərbaycan və azərbaycanlılar haqqında həqiqətləri əks etdirməyən məlumatlar çıxarılıb. Bu barədə Trend ə Azərbaycan-Almaniya Ticarət Palatasının prezidenti və Berlindəki Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi məlumat verib.

N.Atəşinin sözlərinə görə, 2000-ci ildə Almaniyanın Iestermann nəşriyyatı tərəfindən 8-ci sinif şagirdləri üçün çap edilmiş "Coğrafiya" dərsliyi tam 5 il alman şagirdlərinə Azərbaycan xalqını vəhşi millət kimi təqdim edib. Həmin dərsliyə daxil edilmiş materiallarda Qarabağ torpağının ermənilərə məxsus olması və azərbaycanlıların guya erməniləri silah gücünə Qarabağ torpağından qovması göstərilib, dərslikdə "Qarabağ ermənilərin əbədi vətənidir" və s. bu kimi iftiralar yer alıb.

Nuridə Atəşi Almaniya Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Məktəb Senatorluğuna Azərbaycan həqiqətlərinin Almaniyanın məktəb dərsliklərində saxtalaşdırdırılması ilə bağlı tələblə çıxış edib.

Əvvəlcə yeni dərsliyin hazırlanması Iestermann nəşriyyatına böyük maliyyə zərəri vuracağına görə nəşriyyat bu işdən imtina edib. N. Atəşi isə əks təqdirdə alman məhkəmələrinə müraciət edəcəyini bildirib.

Nəhayət, Iestermann nəşriyyatının baş redaktoru Markus Berger Almaniyadakı N.Gəncəvi adına Mədəniyyət İnstitutuna bildirib ki, artıq mühabisə doğurmuş dərslik məktəblərdən yığışdırılıb və yeni dərslik paylanıb. Yeni dərslikdən Azərbaycan və azərbaycanlılarla bağlı həqiqətə uyğun olmayan bütün məlumatlar çıxarılıb.

İnstitutun əməkdaşları məktəblərdə apardıqları monitorinqlər nəticəsində həqiqətən də Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən dərsliyin məktəblərdən yığışdırıldığının şahidi olublar.

Xəbər lenti

Xəbər lenti