...

Azərbaycan prezidenti İtaliyanın xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 20 Oktyabr 2006 16:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini, iqtisadi əməkdaşlıq üzrə birgə forumun həmsədri Famiano Kruçianellini qəbul edib. Bu barədə Trend xəbər verir.

Preizident Əliyev İtaliyanın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu qeyd edib. Prezidentin sözlərinə görə, İtaliya ilə əməkdaşlıq əsasən neft sənayesi sahəsində həyata keçirilir və o, əlaqələrin qeyri-neft sektorunda genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

F.Kruçionelli Azərbaycan-İtaliya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan enerji baxımından İtaliya üçün strateji əhəmiyyət kəsb edir. İtaliyanın nazir müavini bir çox İtaliya şirkətlərinin Azərbaycana maraq göstərdiyini bildirirərək, bu səfərin iqtisadi sahədə əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini əminliklə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti